Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
15:20
Dağıstanda daha bir terrorçu məhv edilib - FOTO

Dağıstanın Xasavyurt rayonunda naməlum şəxs maşınını sənədləri yoxlamaq üçün saxlayan polislərə atəş açıb. FaktXeber.com-un Directorate-4-ə istinadla məlumatına görə, cani cavab atəşi ilə yerindəcə məhv edilib. 

Polislər arasında zərərçəkən yoxdur.

İlkin məlumatlara görə maşında Kızılyurt diversiya terrorçu qruplaşmasının tərkibində olan və  terror fəaliyyətlərinə görə axtarışda olan Marat Alinçiyev olub. O, sentyabrın əvvəlində zərərsizləşdirilən Xubayevlə sıx əlaqədə olub. Bununla belə onun dəqiq kimliyi ekspertizadan sonra müəyyən olunacaq. Çünki onun atəş açdığı maşın yanıb. 

Xatırladaq ki, Dağıstanın Xasavyurt rayonunda antiterror əməliyyatları zamanı hüquq mühafizəçilər  terror yönümlü fəaliyyətlər həyata keçirən 1991-ci il təvəllüdlü Xubayev Abas Yunusoviçi məhv etmişdilər. Xubayev respublikada İŞİD-in himayəsi altında fəaliyyət göstərib. Onun tşrətdiyi terrorların bir çoxunda – o cümlədən,  YPX-nın iki əməkdaşının öldürülməsində, Səid Əfəndi türbəsinin partladılmasında, bu yaxınlarda YPX əməkdaşlarına hücumda (hansı ki Xasavyurt rayonunda anti-terror əməliyyatları rejimi ilə nəticələnmişdi) qruplaşma məsuliyyəti öz üzərinə götürüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dağıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 10:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com