Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
15:00
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

"FaktXəbər" qurumun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturunun dəyişdirilməsi qərara alınıb. Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Frits Stuxlik yeni strukturun rəhbəri təyin olunub. Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək və birbaşa AFFA İcraiyyə Komitəsinə tabe olacaq. Komitə rübdə bir dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub.

Digər qərar isə klubların lisenziyalaşdırılma prosesi ilə bağlı olub. Əvəzedici komandanın yarışlarda iştirakı meyarının "A" dərəcədən "B" dərəcəli meyara keçirilməsi təklifi qəbul olunub. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunacaq. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 10:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com