Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
14:52
DSX rəisi Elçin Quliyev Libermanla görüşüb

Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Aviqdor Libermanın başçılıq etdiyi nü­mayəndə heyətini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin aparatında Aviqdor Libermanın təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq İsrail rəsmisi “Fəxri qonaq kitabı”na ürək sözlərini yazıb. 

Geniş tərkibdə keçirilmiş strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğur­la həyata keçirilməsi xüsusi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edildiyi və möv­cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulayıb.

Son dövrdə Azərbaycan Respublikasının sərhəd mühafizə sisteminin təkmilləş­diril­məsi istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləş­dirilməsi və gücləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verib.  

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükə­sizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılıb, birgə  əməkdaşlığın gələcək perspektivləri və istiqamətləri nəzərdən keçirilib, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdiril­məsinin vacibliyi vurğu­lanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DSX 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 11:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com