Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
12:40
Sankt-Peterburqda DİM-in monitorinqi ilə əlaqədar beynəlxalq tədbirlər keçirilir

12-15 sentyabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Rusiya Dövlət Statistika Federal Xidməti və Dünya Bankının birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) monitorinqi üçün statistik potensialın artırılması” mövzusunda beynəlxalq seminar və Dayanıqlı İnkişaf Məqsədləri Statistikası üzrə BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının İdarəetmə Qrupunun iclası keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak edir.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, üç gün davam edən beynəlxalq seminar və iclasda qlobal, regional və milli səviyyədə DİM göstəricilərinin monitorinqi sahəsində əldə olunun son nailiyyətlər, göstəricilər üzrə milli məlumatların toplanması, işlənməsi, yayılması, beynəlxalq təşkilatlara ötürülməsi və onların doğru-dürüstlüyü sahəsində mövcud problemlər, DİM göstəriciləri üzrə milli hesabatlıq platformalarının hazırlanmasına dair ölkə təcrübələri, habelə BMT-nin DİM göstəriciləri üzrə Təşkilatlararası və Ekspert Qrupu (İAEG-SDG) tərəfindən hazırlanmış qlobal göstəricilər sisteminin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər, DİM-in monitorinqi üçün statistik potensialın artırılması, Statistik Məlumatların və Metaməlumatların Mübadiləsi Standartının (SDMX) DİM göstəricilərinə milli səviyyədə tətbiqi məsələləri, DİM-in monitorinqində peyk təsvirlərindən istifadə imkanları, BMT-nin Avropa İqtisadi Komissiyasının DİM üzrə yol xəritəsinin növbəti mərhələləri və İdarəetmə Qrupunun 2019-cu ildə keçiriləcək iclasının gündəliyi müzakirə edilib.

Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi də təqdimatla çıxış edərək DİM-in monitorinqi üçün statistik potensialın artırılması istiqamətində ölkəmizdə həyata keçirilən təşəbbüslər, DİM-ə milli səviyyədə nail olunmasına dair milli göstəricilərin müəyyən edilməsi, göstəricilər üzrə statistik məlumatların toplanması, işlənməsi və müvafiq hesabatın hazırlanması prosesinin əlaqələndirilməsinə yüksək siyasi töhvə verən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə məsul qurumlar qarşısında qoyulmuş konkret vəzifələr və "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı" çərçivəsində hazırlanan Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli məlumatlandırma portalı barədə ətraflı məlumat verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
241

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
235

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
332

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
312

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
308

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
352
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 01:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru