Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2018
15:07
XİN: Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildir ki davam edir

"Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıqdır davam edir. Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır". 

Faktxeber.com məlumat verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

O qeyd edib ki, bu, həmçinin Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir: "Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarqisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur.

Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır.

Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".

Xatırladaq ki, “Şant-2018” hərbi təlimləri çərçivəsində Ermənistanda hərbi vəziyyət elan edilib, bildirilir ki, bu ümumdövlət təlimləri planlı xarakter daşıyır və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn təcavüz zamanı səfərbərlik hazırlığını yoxlamaq, bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür.

“Şant” təlimləri Ermənistanda bundan əvvəl də keçirilirdi, amma bu təlimlər çərçivəsində parlamentin Azərbaycana müharibə elan etməsi barədə qərar çıxarması İrəvandakı indiki hakimiyyətin növbəti qızışdırıcı addımı sayılmalıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 17:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com