Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2018
13:38
“Gürcüstan müsəlmanları ölkədə marixuananın ixrac məqsədi ilə yetişdirilməsini qəbuledilməz sayırlar”

“Gürcüstan müsəlmanları ölkədə marixuananın ixrac məqsədi ilə yetişdirilməsini qəbuledilməz sayırlar”.

Bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidov keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, marixuananın yetişdirilməsinə icazənin verilməsi işsizlik fonunda gələcək nəsil üçün zərərli olacaq.

GMİ sədri hesab edir ki, marixuana ixrac etməklə Gürcüstanın adı narkotik vasitələrlə assosiasiya olacaq, bu da ölkənin beynəlxalq imicinə mənfi təsir göstərəcək.

R.İgidov GMİ-nin marixuananın istehsalını nəzərdə tutan qanunun qəbul olunmaması üçün dövlət qurumlarına müraciət edəcəyini bildirib./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com