Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2018
12:33
Kadırov Nurmaqomedov və Timati arasındakı mübahisəyə müdaxilə etdi - VİDEO

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov yüngül çəkidə qaydasız döyüş üzrə dünya çempionu Həbib Nurmaqomedov və rep ifaçısı Timati (Timur Yunusov) arasında mübahisəyə müdaxilə edib. FaktXəbər bildirir ki, Kadırov İntagram səhifəsinə yerləşdirilən video-müraciətdə tərəfləri sakitləşməyə və bir-birini ittiham etməyi dayandırmağa çağırıb. 

"Timati bu sənin üçündür. Qısası həftənin 7 günü 24 saat zəng edə bilərsən. Əziz dağıstanlılar, bir-birinizi incitməyin. Həbib çəkisini salır, o, əsəbiləşir. Buna görə də onu başa düşmək olar. Bəs siz nə edirsiniz? Mənasız işlə məşğul olursunuz! Biz öz yerimizdə qayda-qanun yaradacağıq. Burda nə terrorçular, nə də qastrolçular olmayacaq. Yaxşı olardı ki, bizə qonaqlar gələrdilər. Biz gərək Qafqazı inkişaf etdirək və turizmi genişləndirək. Gəlin, mehriban yaşayaq, mənim sevimli dağıstanlılarım",-deyə Kadırov əlavə edib. 

Tərəflər arasında münaqişə necə yaranıb?

İfaçı Yeqor Krid Mahaçqalada çıxışını ləğv edildikdən sonra onun ünvanına hədələr daxil olmağa başlayıb. Nurmaqomedovun bu məsələyə sosial şəbəkədə münasibəti isə belə olub: "Böyük itki deyil". 

Bundan sonra onunla Timati arasında söz atışması baş verib: Reper öz opponentinə İnstagramda müraciət edib ki, idmançının mövqeyindən təəccüblənib. Ardınca idmançı ona cavab verib ki, əgər fikri xoş gəlmirsə, onu bloklaya bilər.

Sonra Timati sosial şəbəkədə əlavə edib ki, heç kəs ona harada konset keçirib-keçirməyəcəyini deyə bilməz. Həmçinin idmançıya millətlərarası münaqişələrin qızışdırılmasına görə cinayət məsuliyyəti haqqında da xəbərdarlıq edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kadırov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com