Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2018
12:22
Peyğəmbərin ümməti Peyğəmbərin övladını necə qətlə yetirdi?

İmam Hüseynin (ə) şəhadəti misilsiz və çox böyük bir fədakarlıq örnəyi olduğu kimi, bu hadisənin ruhu səbəblərinin araşdırıb təhlil edilməsi baxımından da bir o qədər maraqlı yönləri var. Bu hadisə Həzrət Peyğəmbərin vəfatından əlli il sonra, Peyğəmbərə tabe olan müsəlmanların, İmam Əlinin (ə) oğullarının dostu və tərəfdarı kimi tanınan insanların bir qisminin əli ilə həyata keçirilib.

Bunlar həqiqətən Əhli-beyti sevən şəxslər olmasına baxmayaraq, vəfatından üç-dörd il əvvələ qədər Həzrət Peyğəmbərlə döyüşən, amma insanların müsəlman olduğu üçün məcburən və görünüşdə müsəlmanlığı qəbul edən şəxslərin bayrağı altında döyüşdülər. Əmmar Yasirin dediyi kimi: "Bunlar zahirən müsəlman oldular, amma müsəlman olmadılar ".

Əbu Süfyan Peyğəmbərlə iyirmi il ərzində dayanmadan vuruşdu. Son beş-altı illik dövründə isə İslam əleyhinə fəaliyyət göstərən şəxslərin ən qabaqda gedənlərindən biri idi. Onun ətrafı (Əməvilər) Peyğəmbərin ən böyük düşmənləri idilər. Əvvəllər atası ilə çiyin-çiyinə İslama qarşı vuruşan Müaviyə, Rəsulullahın (s) vəfatından on il sonra Dəməşq və Suriyanın rəhbərliyinə gətirildi. Həzrət Peyğəmbərin vəfatından otuz il sonra da xəlifə və əmirəl-muminin oldu.

Həzrət Peyğəmbərin vəfatından əlli il sonra isə Müaviyənin oğlu Yezid xəlifə oldu və o dəhşətli vəziyyətlə Peyğəmbərin övladını qətlə yetirdi. Həm də kəlmeyi-şəhadət deyən, namaz qılan, həccə gedən, İslami qanunlarla evlənən və İslami qanunlarla ölülərini dəfn edən müsəlmanların əli ilə.

Bu insanlar nə İslamı inkar edirdilər (ki, əgər İslamı inkar etsəydilər, artıq hadisənin mübahisə ediləcək tərəfi qalmazdı), nə də İmam Hüseynin (ə) üstünlük və nüfuzunu inkar edirdilər. İmam Hüseynin (ə) məsələn, dindən çıxdığına inanmaları kimi inanca da sahib deyildilər. Onlar qətiyyətlə İmam Hüseynin (ə) Yeziddən çox üstün olduğuna inanırdılar. Bununla belə, İmamı ölümü haq etmiş biri kimi görmədiklərinə baxmayaraq, qanunun günahsız insanların qanının tökülməsindən daha mötəbər olduğu fikrində idilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məhərrəmlik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com