Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2018
12:06
Başına şiş girən uşağın möcüzəvi qurtuluşu - FOTO

Amerikanın Kanzas ştatında başına şiş girən 10 yaşlı Xavyer Çunniqhamın möcüzəli xilası həkimləri belə heyrətə gətirib.

FaktXeber.com-un Kansas City Star qəzetinə istinadla verdiyi məlumata görə, hadisə onun ağac evdə oynadığı vaxt baş verib. Uşaq ağacın üzərindəki evdə oynayarkən birdən vəhşi arıların hücumuna məruz qalır. Özünü itirən Xavyer ağacdan tullanır və yerdə olan kabab şişi başına girir. 

Şişin  uşağın gözünə, beyninə, spinal korduna və önəmli damarlara zərər vermədən üzündən girib ənsəsindən çıxması möcüzə kimi qiymətləndirilib

Anası Qabriela Miller tərəfindən dərhal xəstəxanaya çatdırılan uşaq  Kanzas Universitet Xəstəxanasına nəql edilir və burada neyrocərrah Koji Ebersole tərəfindən əməliyyat olunur.

Ebersole uşağın xilasını milyonda bir rastlanacaq möcüzəvi hadisə adlandırıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 12:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com