Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

13 Sentyabr

2018
12:05
2336
Bu il evlənmək istəyən 105 nəfərdə QİÇS çıxıb

Bu il nikaha daxil olmaq istəyən 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb. FaktXəbər-in məlumatına görə, bununla bağlı məlumatı Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 3 ildə ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. 

Belə ki, cari ilin yanvar ayından 31 avqustadək müayinə olunanların sayı 93138 nəfər olub. Onlardan 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb.

Ümumi götürdükdə isə 2015-ci ildən bu yana talassemiyanın profilaktikası labaratoriyasında 457422 nikaha daxil olan şəxs müayinədən keçib. Onlardan 16847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb.

3 il ərzində müayinədən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Məqalədə : QİÇS 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
62

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
68

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
95

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
1000

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1369
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 05:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru