
Dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək məqsədilə banklara getməyə ehtiyac yoxdur.
Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən (ƏMDK) FaktXəbər-ə daxil olan məlumatda bildirilir.
Bunun üçün internetə çıxışın olması kifayətdir. Belə ki, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər. Söhbət ƏMDL-nın yaratdığı “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidmətindən gedir. Əlavə ödəniş tələb etməyənsistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.
Bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Qeyd edilməlidir ki, müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.
Adı çəkilən elektron xidmətdən istifadə etmək üçün ƏMDK-nın elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq lazımdır. Mövcud xidmətlər siyahısından 37-ci bölmədə yerləşən “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti seçilir. Açılan yeni pəncərədən göstərilən 3 rekvizitdən biri o cümlədən sənəd nömrəsi, qeydiyyat nömrəsi və ya dövlət əmlakının icarəyə verilməsi zamanı istifadəçi ilə bağlanılmış müqavilə üzrə ona təqdim edilmiş “İcarəçinin kodu”elektron müraciət formasınadaxil edilir. Dövlət əmlakı ilə bağlı icarə borcunu öyrənən istifadəçi ödə düyməsini sıxaraq ödənişi onlayn qaydada həyata keçirir.İstifadəçi “İstifadə təlimatı” və ya “Reqlament” faylını yükləyərək elektron xidmətdən istifadə qaydaları ilə tanış ola bilər.
Bundan başqa 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını da öyrənə bilərlər.
ƏMDK vətəndaşların dövlət rüsumları, xidmət haqları eləcə də əmlakla bağlı digər ödənişləri rahat üsullarla həyata keçirməsi üçün müasir və sürətli idarəetməni təmin edir. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində bu sahə tam elektronlaşdırılır.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi