Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2018
16:49
DİM əlavə buraxılış imtahanının nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də keçirilən əlavə buraxılış imtahanının nəticələrini açıqlayıb.

Mərkəzin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər.

Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Şagirdlər Apelyasiya Komissiyasına 13 sentyabr tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərəcək (keçmiş Bakı Asiya Universitetinin binası).

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DİM 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com