Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2018
13:58
4677
Alimlər: Genlər təhsildə uğurun əsas amillərindən biridir

Alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, genlər təhsilin səviyyəsinə uzun müddət təsir edən əsas amillərdən biridir. Araşdırmaların bu nəticələrinin uşaqlara faydası ilə bağlı geniş müzakirələr də aparılır.

Tədqiqatlar zamanı uşaqların təhsildə uğur səviyyəsinin üçdəikisinin genlərlə əlaqəli olduğu aşkar edilib. Onların müxtəlif fənlər üzrə qazandığı müvəffəqiyyət də bu amillə bağlıdır.

İngiltərədə aparılan tədqiqatlara 6 min əkiz uşaq cəlb olunub və ibtidai sinifdən orta təhsili tamamlayana qədər onların qazandığı uğurlar araşdırılıb. Məlum olub ki, ibtidai sinifdə yaxşı oxuyan uşaqlar məktəbi bitirdikdə də yüksək nailiyyət qazanıblar. Tədqiqatda əkizlərin iştirakının səbəbi isə onların genlərinin tamamilə uyğun gəlməsidir. Yekun nəticələrə görə, onların uğurlarının 70 faizi genlərin, 25 faizini ailə və məktəb mühitinin, 5 faizi isə müəllim və sinif yoldaşlarının təsiri ilə bağlıdır. Təhsil səviyyəsində fərqləri isə müəllimlərin səviyyəsi və sinif yoldaşlarının təsiri şərtləndirib.

Alimlər bildiriblər ki, bu nəticələrdən təhsildə geri qalan uşaqlara kömək üçün də istifadə etmək olar. Məsələn, doğuşdan sonra keçirilən DNT testləri ilə uşaqların gələcəkdə təhsildə uğursuzluğuna səbəb olacaq risk amilləri aradan qaldırıla bilər. Belə ki, körpə vaxtından bu cür uşaqları fərdi təhsil proqramına cəlb edərək, onların daha yaxşı bilik qazanmasına şərait yaratmaq mümkündür./AzərTac

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
86

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1779

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
535

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1635

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1762

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2007

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1303

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
816
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 03:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru