Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2018
13:51
2641
`Sportinq`lə oyun öncəsi `Qarabağ`da ciddi itki

Bolqarıstan millisinin düşərgəsində zədələnən "Qarabağ"ın futbolçusu Simoen Slavçevin son durumu müəyyənləşib. Qol.az-ın Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacağını və bu səbəbdən Avroliqada "Sportinq"lə görüşü buraxacağını bildirib:

"Tibbi müayinədən keçdim. Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi.  Əgər əzələmdə yırtıq aşkarlansaydı, bu, daha da pis ola bilərdi. Kiçik zədə ilə qurtuldum. İki həftə oynaya bilməyəcəm. Ancaq çox əsəbiyəm, çünki "Sportinq"lə görüşdə komandama kömək edə bilməyəcəm".

Qeyd edək ki, Slavçev Millətlər Liqasının ikinci turunun Norveçlə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədə alıb.

Xatırladaq ki, "Qarabağ" sentyabrın 20-də Avroliqanın qrup mərhələsində "Sportinq"in qonağı olacaq.

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
101

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
115

Laçının işğalından 27 il ötür

18

May
11:35
ÖLKƏ
234

Azərbaycan əhalisinin gəlirləri 5,5% artıb

18

May
10:28
İQTİSADİYYAT
141
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 12:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru