Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2018
11:36
Ödəniş kartlarının istifadə qaydalarına son dəyişikliklər müzakirə olunub

Azərbaycan Banklar Assosiasiyasında (ABA) "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na son dəyişikliklər müzakirə edilib.

ABA-dan "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" ekspert qrupunun növbəti iclası keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti görüşdə "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na son dəyişikliklər müzakirə olunub. Aparılan müzakirələrdə qaydalara edilən dəyişikliklərin ölkədə ödəniş kartları sahəsində innovativ ödəniş həllərinin istifadəsinin genişlənməsinə və bankların bu sahədə fəaliyyətləri üzrə risklərin daha effektiv idarə edilməsinə imkan verəcəyi qeyd olunub.

Həmçinin aparılan dəyişikliklərin pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb edilməsini təmin edə biləcək əvvəlcədən ödənilmiş kartların daha effektiv istifadəsinə imkan yaradacağı vurğulanıb. Qeyd olunub ki, bu dəyişikliklər ödəniş kartları sahəsində kart sahibləri ilə bağlanılan müqavilə münasibətlərinə dair yeni tələbləri də müəyyən edir.

Qarşılıqlı müzakirələr əsasında keçirilən görüşdə yeni dəyişikliklərin üstünlükləri və beynəlxalq təcrübədə bu sahədə son tendensiyalar da müzakirə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
269

Rusiyanın Liviya planı: 5+5

28

Yanvar
16:19
DÜNYA
445

Putin Vahid Ələkbərovla görüşəcək

28

Yanvar
15:54
DÜNYA
312

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
411

Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

28

Yanvar
15:40
HÜQUQ,HADİSƏ
301

Su sayğaclarını oğurlayanlar ələ keçib

28

Yanvar
15:28
HÜQUQ,HADİSƏ
308

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
288

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 07:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru