Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2018
10:53
Məleykə Abbaszadə: `Məktəbdaxili qiymətləndirmə sahəsində xeyli işlər görülməlidir`

“Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmaq lazımdır: “Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Odur ki, yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər”.

DİM sədri qeyd edib ki, ümumtəhsil müəssisələrinin V, VI, VII və VIII sinif şagirdləri üçün keçirilən monitorinq imtahanlarının məzmununun müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən işlər ölkədə məktəb təhsili sahəsində aparılan islahatları izləməyə və qiymətləndirməyə imkan verir: “Buna uyğun olaraq mövcud qiymətləndirmə vasitələri təkmilləşdirilir, yeniləri hazırlanıb tətbiq edilir. Onların yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları araşdırılır. Belə qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqarı ilə yanaşı, diaqamlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunması da diqqət mərkəzində saxlanılır”.(Report)

Məqalədə : Məleykə Abbaszadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20707

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19302

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20667

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20233

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25766

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20231

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20386
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 12:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru