Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2018
16:55
Mövcud problemlər konteksində: Gürcüstan baş naziri Mamuka Baxtadzenin Ermənistana səfəri

Ehtiram Aşırlı / analitik


Sentyabrın 10-da Gürcüstan baş naziri Mamuka Baxtadze Ermənistana səfər etdi. Bu səfər çərçivəsində Gürcüstan baş naziri M.Baxtadze ilə görüşən Ermənistan baş naziri Nikol Paşinyan ikili əlaqələrin inkişaf etdirilməsindən bəhs edib. Xüsusilə, N.Paşinyan mətbuata açıq keçirilən konfrans zamanı Ermənistan və Gürcüstan arasında ticarət həcminin 1 milyard dollara çatdırmağı planlaşdırdıqlarını bildirib. 

Həmçinin görüşdə, erməni-gürcü münasibətlərindəki qəliz məsələ olan buğdanın tranziti problemi də müzakirə edilib.

Məlum olduğu kimi, Gürcüstan buğdanın öz ərazisindən avtomobullərlə tranzitini 15 sentyabrdan qadağan edib. Bunu rəsmi olaraq buğda daşıyan ağır yük maşınlarının yolları xarab etməsilə izah ediblər. Təklif edirlər ki, bu, daşımaların maya dəyərini artırsa da, buğda Potiyə, oradan da dəmir yolu ilə Ermənistana daşınsın.

Məlum olub ki, Ermənistan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə aparılan danışıqların nəticəsində Cənubi Qafqaz Dəmir Yolları və Gürcüstan Dəmir Yolları dənli bitkilərin Poti limanından Ermənistana daşınması tariflərinin 1 sentyabr 2018-ci il tarixdən 52% azaldılması barədə razılıq əldə ediblər. Əgər aparılan hesablar düzdürsə, nəticədə taxılın bir tonu 50 dollar deyil, 25 dollar bahalaşması gözlənilir. 

Lakin iki ölkə arasındaki münasibətlərin yüksək səviyyədə inkişaf edəcəyini söyləmək çətindir. Belə ki, tarixdən gələn iki ölkə arasında əhəmiyyətli problemlər mövcuddur. Ermənistan və Gürcüstan arasındakı münasibətlərə təsir edən ən vacib məsələ etnik azlıqlar problemidir. Ermənistan milli etnik azlıqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə edir. Ermənistan Gürcüstanın ərazi bütövlüyünü qəbul edir amma Ermənistanın etnik azlıqlara qarşı münasibəti Abxaziya və Cənubi Osetiya problemləri səbəbindən Gürcüstanı narahat edir. Digər əhəmiyyətli məsələ isə Gürcüstanın Samtsxe-Cavaxeti ərazisinə torpaq iddiası ilə çıxış etməsidir. Ermənistan-Gürcüstan münasibətlərində varlığını davam etdirən bir digər problem isə Gürcüstandakı bəzi kilsələrin hansı məzhəbə aid olduqlarına dair müzakirələrin davam etməsidir. SSRİ dövründə istifadə edilməyən kilsələrin müstəqilliyin elan edilməsindən sonra Gürcüstan rəhbərliyi təmir edərək ictimaiyyətə təqdim etməyə başladı. Bu vəziyyət isə həm Gürcüstandakı ermənilər tərəfindən həm də Ermənistanda etirazlara səbəb oldu. 

Nəticə etibarı ilə Ermənistanın işğalçılıq siyasəti və Gürcüstandakı erməni azlıqların yaratdığı narahatlıq iki ölkə əlaqələrində əhəmiyyətli bir amildir. Lakin iki ölkə də, qarşı-qarşıya olduqları bəzi zərurətlər səbəbiylə qarşılıqlı əlaqələrdə qarşıdurmadan çəkinməyə çalışırlar. Bu səbəblə davamlı olaraq bir siyasi və iqtisadi əlaqələr içində olmağa davam edirlər. Bölgədəki mövcud vəziyyətdə əhəmiyyətli bir dəyişiklik olmadıqca əlaqələrdə köklü bir dəyişmə olması gözlənilmir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gürcüstan Ermənistan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 06:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com