Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2018
13:54
2886
Azərbaycanda ana südü ilə qidalandırılan körpələrin sayı azalıb

Azərbaycanda ana südü ilə qidalandırılan körpələrin sayı azalıb. 2017-ci ildə ümumilikdə 3 aya qədər uşaqların 89,7 min nəfəri ana südü ilə qidalanıb. 2005-ci ildə belə körpələrin sayı 30,5 min, 2016-cı ildə isə 95,2 min nəfər olub.

Yalnız ana südü ilə qidalanan 3 aya qədər körpələrin sayı 2005-ci ildə 30,5 min nəfər olduğu halda, 2016-cı ildə 95,2 min nəfər olub. 2016-cı ildə bu körpələrin 63 min, 2017-ci ildə 60,5 min nəfəri yalnız ana südü ilə qidalanıb.

Ötən il 6 aya qədər körpələrin 69,7 min nəfəri (2016-cı ildə 73,9 min nəfər) ana südü ilə qidalanıb ki, onların da 41,3 mininə (2016-cı ildə 41,5 min) yalnız ana südü verilib.

Azərbaycandakı körpələrin 55,4 min nəfəri 12 ayına, 16,8 min nəfəri 1,5 yaşa qədər, 7,8 min nəfəri 2 yaşa qədər ana südü ilə qidalanıb.

BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümudünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında qeyd edilib ki, Azərbaycan körpələrin 20%-dən az bir hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir. Bu göstərici 20%-dən aşağıdır. Bu da onu göstərir ki, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.

76 ölkənin məlumatlarının təhlil olunduğu hesabatda qeyd olunur ki, doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanan körpələrin sağ qalmaq ehtimalı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Dünyaya göz açdıqdan sonra bu cür qidalanma ilə bağlı hətta bir neçə saatlıq ləngimə körpələrin həyatı üçün təhlükə törədən fəsadlara yol aça bilər.

Qeyd edək ki, Azərbaycanda həm "Reklam haqqında" qanuna, həm də "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanuna əsasən, süni qida məhsullarının reklamına müəyyən məhdudiyyətlər qoyulur.

Məqalədə : ana südü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
638

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
773

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
607

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
633

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
319

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
607

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
621

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
658
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 10:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru