- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərində kütləvi davada iştirak edən üç azərbaycanlı və bir ermənini saxlayıblar. Oxu.Az Karelia.news portalına istinadla xəbər verir ki, dava avqustun 25-də baş verib.
Həmin gecə Petrozavodsk sakini evinin qarşısında döyülüb. Ağır kəllə-beyin travması alan şəxs cinayətkarların əlindən qurtula bilib.
Şahidlərin sözlərinə görə, Cahangir Kadaşyev və onun dostları eyvanda səs-küy salıblar. Şəhər sakini avtomobilini park edən zaman bu səs-küyü eşidib və iradını bildirib. Bundan sonra münaqişə baş verib. Kadaşyev və onun dostları Zəfər Səfərəliyev, Ruslan Müslimov və Robert Tonyan həmin şəxslə dalaşıblar. Xəsarət alanın adı hələ də KİV-dən gizli saxlanılır.
Yeri gəlmişkən, videodan görünür ki, döyülən şəxs davadan qorxmur və əlindəki silahdan havaya bir neçə dəfə atəş açır. Davanın sonunda hadisə yerinə polis əməkdaşları gəlib.
Karelia.news yazır ki, polis davanın bütün iştirakçılarını həbs edib (Xəsarət alan şəxsin hadisə yerindən qaçdığı və hələ də tutulmadığı bildirilib). Zəfər Səfərəliyev hadisənin görüntülərində yer almayıb.
Polis onun davanın sonunda gələrək, şəhər sakininin avtomobilinə kərpiclə zərər verdiyini bildirib. Şahidlərin sözlərinə görə, “Audi” markalı avtomobilə ümumilikdə 400 min rubldan çox (təxminən 6000 min dollar – red.) ziyan dəyib.
Sentyabrın 2-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, yalnız Robert Tonyan azadlığa buraxılıb. Araşdırmalar zamanı onun şəhər sakininə xəsarət yetirmədiyi, avtomobilə ziyan vurmadığı və polisin əmrlərinə tabe olduğu aydınlaşıb.
Cahangir Kadaşyevə qarşı vəzifələrinin icrası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etmə maddəsi ilə cinayət işi başlanıb. Həmçinin, ona qarşı sağlamlığa yüngül zərər vurma və xuliqanlıq edərək başqasının əmlakına zərər vurma ittihamı irəli sürülüb. Son iki maddə yenidən təsnif edilə bilər.
Məhkəmə istintaq prosesi zamanı Kadaşyev, Müslimov və Səfərəliyevin 60 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Yerli KİV-lərdə məlumat yayıldıqdan sonra Karelia.news portalına Kareliyadakı Azərbaycan diasporunun nümayəndəsi Akif Quliyev müraciət edib.
Quliyevin sözlərinə görə, o, artıq 33 ildir Petrozavodskda yaşayır.
“Daxili İşlər Nazirliyində, zavodda çalışmışam. Mənim uşaqlarım burada doğulub. Cahangirin valideynləri də uzun müddətdir ki, burada yaşayır. Cahangir Petrozavodskda doğulub. Onlar varlı ailədən deyil. Kasıb ailəsi ipoteka ödəyir. Ən başlıcası isə biz hamımız Rusiya vətəndaşıyıq.
Cahangir Rusiyada sambo və karate üzrə idman ustasıdır. O, Avropa çempionu olanda Rusiya üçün döyüşürdü və yaxşı insan idi. Cinayət törətdikdən sonra isə heç kim oldu. Bu, düzgün deyil”.
Akif Quliyev insidentin səbəbi olacaq daha bir faktı da açıqlayıb.
“O gənc özü də günahkardır. O qızla olub və yanında silah gəzdirib, görünür ki, qızın yanında özünü göstərmək istəyib. Cahangir dostugilə qonaq gəlib. Onlar kimisə gözləyirdilər. Və o, eyvanda yüksək səslə həmin şəxsin adını çəkib. Axşam saat 10:00 olub, burada nə var ki? Gecə saat 02:00 deyildi.
Oğlan maşında qızla oturub, musiqiyə qulaq asırmış. O, Cahangirə deyib ki, qışqırmasın. O, bunu kobud şəkildə ifadə edib. Onların sözlü mübahisəsi düşüb. Sonda isə Cahangir ona zərbə vurub. Cahangirin niyə onu döydüyü mənə məlum deyil. Mən onu təmizə çıxarmıram. Demək istəyirəm ki, həmin gənc onu buna təhrik edib.
Təkrar edəcəm: Cahangirin etdiyi pisdir və o, cəzasını alacaq. Ancaq məhkəmə milli məqamları nəzərə almamalı və obyektiv olmalıdır. Hüquq-mühafizə orqanlarına müraciət edirəm və onları işin obyektiv araşdırılmasına səsləyirəm”, - Quliyev bildirib.
15-02-2019 12:25 Rusiya Qara dənizdə hərbi təlim keçirib
15-02-2019 12:22 Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşüb
14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
14-02-2019 12:59 Gürcüstan Rusiya qazına ehtiyac duydu
14-02-2019 12:40 Rusiya XİN binasında meyit tapılıb
14-02-2019 10:57 "LUKoil" rəhbəri: OPEK-in taleyi İrandan aslıdır
- 17-02-2019 11:58 Diktator İngiltərədə klub alır
- 16-02-2019 15:26 Nigeriyada prezident seçkisi təxirə salınıb
- 16-02-2019 13:10 Çeçenlər və azərbaycanlılar Moskvadakı kütləvi dava ilə əlaqədar birgə bəyanat yayıblar
- 15-02-2019 16:55 İspaniyada parlament seçkilərinin vaxtı açıqlandı
- 15-02-2019 16:48 Makron Ermənistana gedəcək
- 15-02-2019 16:36 Putin: Dünyada müstəqil ölkə yoxdur
- 15-02-2019 16:14 İsrail səfiri Netanyahunun sözlərinə görə Polşa XİN-nə çağırılıb
- 15-02-2019 16:12 Rusiya: Moldovada ikinci "Maydan" baş verə bilər
- 15-02-2019 15:50 Hindistanda cütlük toy hədiyyəsi kimi Modiyə səs istədi
- 15-02-2019 15:24 İsveç İŞİD-çilərin ailə üzvlərinə pul ayıracaq
- 15-02-2019 15:22 Paşinyan qazı kilo ilə satmağı əmr etdi
- 15-02-2019 14:49 ABŞ ordusunun kəşfiyyatçısı İrandan sığınacaq alıb
- 15-02-2019 14:42 Moskva polisi üzləri tanıyan eynək taxacaq
- 15-02-2019 14:21 Türkiyədə bələdiyyə binasında yanğın - VİDEO
- 15-02-2019 14:11 Rusiyalı şoumen Ukraynada prezidentliyə ən populyar namizəd oldu
- 15-02-2019 12:29 ABŞ humanitar yardım adı altında Venesuelaya girmək istəyir
- 15-02-2019 12:25 Rusiya Qara dənizdə hərbi təlim keçirib
- 15-02-2019 12:13 Səddam Hüseynin nəvəsi İraqdan necə qaçdıqlarını danışdı
- 15-02-2019 12:00 Facebook bəzi qrupları bağlayacaq
- 15-02-2019 11:57 Paris metrosunda sulfat turşusu ilə hücum olub
- 15-02-2019 11:44 Britaniya Parlamenti Brexit-i rədd edib
- 15-02-2019 11:25 ABŞ-da işsizlik həddi analitiklərin gözlədiyindən pis olub
- 15-02-2019 11:23 Rusiyada FTX İŞİD-in yerli dəstəsini yaradan qadını həbs edib
- 15-02-2019 11:04 ABŞ-ın yeni prokuroru vəzifəsinə başladı
- 15-02-2019 11:04 Moskvada biznes mərkəzi evakuasiya edilir