Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2018
09:39
Türkiyədəki Sənədli Film Festivalının münsiflər heyətinə azərbaycanlı rejissor rəhbərlik edib

Türkiyənin ən gözəl guşələrindən biri olan Safranboluda bu il keçirilən 19-cu Beynəlxalq Sənədli Film Festivalı başa çatıb.

Safranbolu Beynəlxalq Sənədli Film Festivalı Türkiyədə bu janrda çəkilən filmlərin yarışdığı yeganə platformadır. Bu baxımdan kino sənayesi sahəsində özünəməxsus yeri olan festival kinosevərlər, eləcə də yerli sakinlər və bölgənin qonaqları üçün mühüm hadisə hesab olunur. Bu ilki festival da, ənənələrə uyğun olaraq, əsl bayram ovqatında – yerli rəhbərlik, festivalın iştirakçıları, tanınmış sənətçilər, ictimaiyyətin nümayəndələrinin də qatıldığı kortejin Safranbolunun mərkəzindən keçməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Safranbolu rayonunun rəhbəri Fatih Ürkmezer Beynəlxalq Sənədli Film Festivalının miqyasının ilbəil genişləndiyini bildirib. Builki festivalda “Məhəllə mədəniyyəti” mövzusu diqqət mərkəzində olub. Məhəllə mədəniyyətinin televiziyada öz əksini tapması mövzusuna həsr olunmuş paneldə vaxtı ilə Türkiyədə çox populyar olan serialların tanınmış aktyorları məhəllə mədəniyyətinin qorunmasının əhəmiyyətini qeyd ediblər.

Nüfuzlu jürinin qərarı ilə müxtəlif nominasiyalarda müəyyən edilən qaliblərin adı açıqlanıb.

Builki festivalda Azərbaycanı təmsil edən filmlər qaliblər arasında olmasa da, ölkəmiz mötəbər tədbirdə layiqincə təmsil olunub. Belə ki, festivalın münsiflər heyətinə azərbaycanlı rejissor və prodüser Nadir Maçanov rəhbərlik edib.

19-cu Safranbolu Beynəlxalq Sənədli Film Festivalı fəxri mükafatların təqdim edilməsi ilə yekunlaşıb/AzərTac

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : azərbaycanlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 23:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com