Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
16:14
Azərbaycana qarşı separatçılıq edən şəxs Moskvada həbs edildi

Azərbaycana qarşı separatçı çıxışlar edən Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.

Faktxeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Fəxrəddin Abbaszadə adlı bu şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb.

Sentyabrın 7-də isə Moskva vilayəti Luberets rayon məhkəməsinin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : separatçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 18:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com