Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
15:05
3186
Nikol Paşinyan skleroz, yoxsa şizofreniya xəstəliyinə düçar olub?

Ehtiram Aşırlı / analitik


Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı “Kommersant”a müsahibə verib. Bu müsahibəsində növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə onun səlahiyyəti yoxdur. “Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin mən Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir. Onların öz hakimiyyəti, öz hökumətləri, prezidenti var”-deyə N.Paşinyan bildirib.

Xatırladaq ki, Paşinyan bu mövqeni ilk dəfə hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağa etdiyi səfər zamanı dilə gətirib. Və onun həmin bəyanatı Ermənistanın özündə də ciddi təəcüb və tənqidlə qarşılanmışdı.

Ermənistanın baş nazirinə görə, Dağlıq Qarabağ danışıqlarda öz “legitim nümayəndəsi” ilə təmsil olunmalıdır. “Lakin bu o demək deyil ki, biz danışıqlardan imtina edirik, istənilən vaxt danışıqlara hazırıq. Amma Qarabağı Qarabağın nümayəndəsi təmsil etməlidir”-o bildirib.

Görüş göstərdi ki, Putin Paşinyana etimad etmir

Ermənistan baş naziri N.Paşinyanın bu cür bəyanatlarla çıxış etməsindəki əsas səbəb ilk olaraq qondarma rejim olan "Dağlıq Qarabağ Respublikası"nın müstəqil dövlət kimi tanıtmaqdır. Bununla yanaşı həmçinin o, Qarabağ klanının dəstəyini almağa çalışır. Digər tərəfdəndə bu açıqlamanı verməklə Qarabağ məsələsinə dair məsuliyyəti öz üzərində atmağa çalışır. Lakin N.Paşinyanın fikirlərində ziddiyətlər mövcuddur. Belə ki, Dağlıq Qarabağ adından danışa bilmərəm deyən N.Paşinyan digər tərəfdən “Kommersant”a müsahibəsində “Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə hazırdırsa, o zaman biz də hazırıq”- şəklində açıqlama verib. Bu zaman belə bir sual yaranır: Nikol Paşinyan biz deyəndə kimi nəzərdə tuturdu qondarma rejim olan "Dağlıq Qarabağ Respublikasını" yoxsa Ermənistanı. Halbuki, Dağlıq Qarabağ adından danışa bilmərəm deyən Nikol Paşinyan indi də Azərbaycan güzəştlərə hazırdırsa bizdə hazırıq şəklində açıqlama verir. Görünür, N.Paşinyan skleroz ya da şizofreniya xəstəliyinə düçar olub. Yoxsa niyə bu qədər bir-birilə ziddiyət təşkil edən açıqlamalar versin.

Məqalədə : Nikol Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
643

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
130

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
94

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
85
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 00:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru