Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
13:20
Putinin Azərbaycana səfərinin vaxtı açıqlandı

Rusiya prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də səfər edəcək. FaktXeber.com-un İnterfaks-a istinadla məlumatına görə, bunu RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bəyan edib.

"Sentyabrın 25-də Rusiya liderinin Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin işçi görüşü keçirəcək. Görüş zamanı sentyabrın 1-də Soçidə razılığa gəlinən, yaxud natamam qalan məsələləri müzakirə edəcəklər", - deyə Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı deyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov Vladimir Putinin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər etməyi planlaşdırdığını demişdi. Bundan başqa, Uşakovun sözlərinə görə, Rusiya ilin sonuna qədər RF, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit qəbul edəcək: "Görüşü keçirmək üçün bizim növbəmizdir. Həmkarlarımızla onlar üçün nə vaxt rahat olduğunu müzakirə edəcəyik".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əliyev Putin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 14:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com