Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
11:13
Vaşinqton Suriyada Rusiya obyektlərinə zərbə endirməyi düşünür

Vaşinqton Suriya ordusunun İdlib əməliyyatlarına cavab üçün müxtəlif variantlar fikirləşir. FaktXeber.com-un MK-ya istinadla məlumatına görə, bu barədə WSJ xəbər verib.

Nəşr bildirir ki, ABŞ prezidenti Donald Tramp Dəməşqi dəstəkləyən Rusiya və İranın mövqelərinə zərbə vurmağı ölçüb biçir.

WSJ-nin daha bir mənbəsi Tramp administrasiyasının  qeyri-hərbi cavab barədə düşündüyünü yazıb. Onun sözlərinə görə, ABŞ siyasi və iqtisadi təsirli tədbirlər görə bilər.

Qeyd edək ki, bundan əvvəl Moskva dəfələrlə ABŞ və müttəfiqlərinin  İdlibdə Suriya mövqelərinə zərbə vurmağa hazırlaşdıqlarını bəyan edib.

Rusiya hökuməti hesab edir ki, terrorçular dinc sakinlərə qarşı  kimyəvi silah istifadə etmək, sonra isə bunu Dəməşqin bonuna atmaq, beləliklə də Vaşinqtonun əl-qolunu açmaq istəyir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İdlib 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 03:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com