Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
11:04
Astarada ağacların kütləvi kəsilməsi halı baş verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Faktxeber.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Reyd zamanı Astara rayonu Şüvi bələdiyyəsinə məxsus ərazidə köküstə yaş 14 ədəd müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 2110 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Astara rayon sakini Cavanşir Məmmədov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Astara ağac qətliamı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 19:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com