Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2018
19:00
Azərbaycanlı maktəblilər beynəlxalq olimpiadadan 4 medalla qayıdırlar - FOTO

Moskvada keçirilən Meqapolislər Olimpiadası üzrə sayca üçüncü olimpiadanın qalibləri elan olunub.

FaktXəbər-in məlumatına görə, Azərbaycan bu olimpiadada informatika, riyaziyyat, kimya və fizika üzrə təmsil olunub.

Fizki Riyaziyyat və İnformatika Təmayüllü liseyin 9-cu sinif şagirdi  Murad Ağazadə riyaziyyat üzrə gümüş medal mükafatçısı olub.

Fizki Riyaziyyat və İnformatika Təmayüllü liseyin 9-cu sinif şagirdi İbrahim Tağızadə isə informatika fənni üzrə bürünc medal qazanıb. 

Kimya fənni üzrə isə 2 medal qazanmışıq. Kimya və Biologiya Təmayüllü Liseyin şagirdi Əli Əliyev qızıl, "İstək" Liseyinin şagirdi Fərid Əliyev isə gümüş medal qazanıblar.

Qeyd edək ki, Olimpiadada iştirak etmək üçün dünyanın ən böyük 33 şəhərlər və paytaxtlarından 14-18 yaş arası iştirakçılar dəvət olunublarr. Bu il yarışmalara Almatı, Astana, Bakı, Banu-Luka, Belqrad, Berlin, Bişkek, Boston, Bratislava, Budapeşt, Honqkonq, Cakarta, Düşənbə, Duseldrof, İrəvan, Zaqreb, İnsburka, Qüds, Leypsiq, Lima, Milan, Minsk, Moskva, Sankt-Peterburq, Sofiya, İstanbul, Тəl-Əviv, Helsinki və Şanxaydan 300-ə yaxın şagird qatılıb. Bu il yarışlarda ilk dəfə olaraq Madrid, Frankfurt və Ulan-Batordan da şagirdlər iştirak edib.

Kimya üzrə komanda yarışlarında ölkəmizin təmsilçiləri birinci olublar. Onlar verilən 20 tapşırığın hamısını dəqiqliklə yerinə yetiriblər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
246

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
240

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
337

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
317

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
323

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 02:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru