Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2018
12:09
`Azərbaycan xarici dövlət borcunu getdikcə azaldır`

“Azərbaycanın bağladığı borc sazişləri üzrə alınmış məbləğlərdən tam istifadə olunmayıb”.

Bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq qalmış məbləğlərin məbləğlər layihələrə yönəldilməsi üçün nəzərdə tutulub.

"Xarici borcların qaytarılması limit çərçivəsində olmasıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Bir sıra dövlətlərin ya daxili, ya xarici, ya da hər ikisinin kombinasiyasından ibarət borcu var. Dövlət başçısı uzunmüddətli borcun idarə edilməsi strategiyasını təsdiq edib. Burada əsas hədəflər göstərilib və srategiyaya da uyğun işlər aparılacaq", - deyə nazir vurğulayıb.

S.Şərifov həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində dövlət zəmanətli kreditlər cəlb edilir: “ Bu zaman dövlət üzərinə müəyyən şərti öhdəliklər götürür ki, bu da xarici dövlət borcunun artmasına səbəb olur. Ancaq əsas məqam ondan ibarətdir ki, Azərbaycan borcunu getdikcə azaldır”.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Samir Şərifov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com