Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2018
11:15
3918
Süni mayalanma yolu ilə hamiləlikdən doğulan uşaqlarda yüksək qan təzyiqi yarana bilər

Alimlər süni mayalanma yolu ilə hamiləlikdən dünyaya gələn körpələrin sağlamlığında bir sıra fəsadların yarana biləcəyini söyləyirlər. Yeni tədqiqatların nəticələrinə görə, vitro fertilizasiya, yaxud IVF (Ekstrakorporal mayalanma) kimi reproduktiv texnologiyaların köməyi ilə doğulan uşaqlarda yüksək qan təzyiqi problemi meydana gələ bilər.

“Sciense.org” saytı xəbər verir ki, ABŞ Kardiologiya Kollecinin jurnalında dərc olunmuş məqalədə yeniyetmələr arasında yüksək qan təzyiqinin 3,5 faiz artmasının məhz bu səbəblərlə bağlı olduğu bildirilir. Harvard Tibb Məktəbinin kardioloqu Lari Veynrauxun sözlərinə görə, süni mayalanma yolu ilə hamilə qalan qadınların bətnində sağlam rüşeymin yaranma ehtimalı daha azdır. Kardioloq əlavə edib ki, 2014-cü ildə dünyada reproduktiv texnologiyaların köməyi ilə doğulan uşaqların sayı 8 milyon, 2017-ci ildə isə 11 milyondan çox olub. Bu körpələrin bir hissəsi hipertoniyadan əziyyət çəkir.

İsveçrənin Bern Universitetinin professoru Urs Şerrer də aparılan tədqiqatların nəticələrini şərh edib. Professor deyib ki, süni mayalanma və reproduktiv aparatların köməyi ilə doğulan körpələrin qan damarı elastiklik baxımından orta yaşlı adamlarda olduğu kimidir. Belə ki, damarların sərtliyi normal qan təzyiqinin pozulması ilə nəticələnir. Şerrer ginekoloq həkimlərə məsləhət görüb ki, bu cür halların qarşısını almaq üçün süni yollarla hamiləlik dövründə pasiyentləri daim nəzarət altında saxlasınlar və gələcək fəsadların qarşısını məhz bu mərhələdə alsınlar.

Məqalənin sonunda bildirilir ki, IVF metodu ilə dünyaya gələn ilk körpə - amerikalı Luis Braunun hazırda 40 yaşı var. Qan təzyiqindən əziyyət çəkən bu pasiyenti həkimlər mütəmadi olaraq müayinədən keçirir və lazımi müalicə tədbirləri görürlər. Tədqiqatın müəllifləri bu cür insanların xüsusi xəstəlik tarixçəsinin açılması və reproduktiv texnologiyalarla hamiləlik prosesinin təkmilləşdirilməsini yeganə çıxış yolu hesab edirlər/ AzərTac

Məqalədə : süni mayalanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2559

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2381

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1796

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1501

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
269

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 07:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru