Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2018
10:16
Bu gün İran, Türkiyə və Rusiya prezidentləri Tehranda görüşəcək

Sentyabrın 7-də  Tehranda Rusiya, İran və Türkiyə liderlərinin sammiti başlayır. Bu üç ölkə prezidentinin artıq üçüncü görüşü olacaq.

Belə formatda ilk görüş 2017-ci ilin noyabrında Soçidə baş tutmuşdu. İkinci sammit isə cari ilin apreli ayında Ankarada keçirilmişdi. Danışıqların sonunda tərəflər  birgə fəaliyyətlərin davamı ilə bağlı bəyanat səsləndirmişdilər.

Sentyabrın 7-də əsas müzakirə mövzularından biri  Suriyanın İdlib  əyaləti ətrafında vəziyyətlə əlaqədar olacaq. Bu barədə RF prezidentinin köməkçisi Yuriy Uşakov bəyan etmişdi. Onun sözlərinə görə, həmçinin İranın nüvə proqramına dair əldə edilmiş razılaşmadan ABŞ-ın birtərəfli qaydada çıxması da müzakirə olunacaq və ona siyasi qiymət veriləcək. Bununla yanaşı, İran və Rusiya iqtisadiyyatlarına təsir edən ABŞ-ın iqtisadi sanksiyaları ətrafında da fikir mübadiləsi aparılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran Türkiyə Rusiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 15:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com