Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
16:52
Akif Çovdarovdan təzə xəbər var

Vəkili sentyabrın 6-da ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla görüşüb.

Bu barədə onun hüquqlarını müdafiə edən Kamandar Nəsibov məlumat verib.

K.Nəsibov müvəkkilinin səhhətinin pisləşdiyini açıqlayıb:

“Təxminən bir həftə əvvəl Çovdarovun səhhətində ciddi problem yarandı. Onun həyatı təhlükədə idi. Onu müayinə etmək üçün həkim belə yox idi. Biz şikayət edəndən sonra bir həkim çağırdılar. Həkim gəldi baxdı, bildirdi ki, bu xəstəlik zon şəraitində müalicə edilə bilməz. Həkim dedi ki, onun sağalması üçün real bir şey etmək mümkün deyil.

Əvvəldən də bilindiyi kimi, Akif Çovdarov bir sıra xəstəliklərdən-ürəyin işemik çatışmazlığı, ürəyin ritmik pozğunluğu, ürək aritmiyası, həmçinin xərçəng xəstəliyindən əziyyət çəkir. Ürəyinin hər an dayanması riski daşıyır. Eyni zamanda, müvəkkilimin mədəsi kəsilib. Onun hələ də həbsdə saxlanılmasını işgəncə kimi qəbul etmək olar. Beynəlxalq aləmdə belə xəstəlik daşıyan xəstəyə cəza versələr də, cəzanı dondururlar və onu müalicə üçün evinə buraxırlar. Müalicə tam başa çatanadək hökmün icrası dayandırılır. Bizdə də praktikada belə hallar olub. Amma bunun Çovdarova tətbiqinin qarşısı alınır. Onun səhhəti üçün təhlükə indi də davam edir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, ailə üzvlərinin, yaxınlarının Akif Çovdarovla görüşü üçün qanunun verdiyi səlahiyyətlər çərçivəsində riayət edilir:

“Sonuncu dəfə həkimlər onu müayinə etdikdə bildirdilər ki, Çovdarovun bu şəraitdə müalicə olunması mümkün deyil. Çovdarov burada digər məhkumlarla birgə cəza çəkir. Asudə vaxtlarında müəyyən olunmuş yerlərdə açıq havada onlarla birgə gəzişir. Amma vaxt onun səhhətinin əleyhinə işləyir”.(modern.az)

Məqalədə : Akif Çovdarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3452

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2001

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1765
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 12:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru