Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
15:49
“WhatsApp” messencerindən faylları oğurlayan saxta “Viber” aşkar edilib.

“ESET” antivirus şirkətinin mütəxəssisi Lukas Stefanko öz “Twitter” hesabında internetdə populyar “Viber” messenceri adı altında maskalanan casus proqramının peyda olması haqda yazıb.

L.Stefanko bu proqramı “Google Play” rəsmi proqramlar mağazası altında maskalanmış saytda aşkar edib. Casus proqramının yaradıcıları “Viber”i mükəmməl şəkildə “kopya”layıblar, məsələn, üzərində "redaksiyanın seçimi" nişanı var, 500 milyondan çox yüklənilməsi, həmçinin istifadəçilər tərəfindən verilmiş orta qiymət (4,3 bal) göstərilib. Saxta “Viber” proqramı aparata quraşdırıldıqdan sonra qurğunun yaddaşında və “SD” kartda fayllara geniş müraciət hüququ istəyir. Casus proqramı iş zamanı “WhatsApp” və “WeChat” messencerlərindən mediafayl, sənədləri, qurğunun yaddaşında olan bütün şəkil və başqa yüklənilmiş faylları gizlicə oğurlayır, həmçinin zəngləri yaza bilər./AzərTac

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : WhatsApp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2018 05:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com