Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
15:18
Gürcüstanda keçid balı toplamış azərbaycanlı abituriyentlər problemlə üzləşib

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən olan bir qrup abituriyent sentyabrın 6-da bu ölkənin Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin qarşısında aksiya keçirib.

FaktXəbər-in "Azərtac"a istinadən məlumatına görə, aksiyada paytaxt Tbilisi ilə yanaşı, Marneuli və Qardabanidən olan abituriyentlər və onların valideynləri iştirak ediblər.

Bildirilib ki, bu il mindən çox azərbaycanlı məzun Gürcüstan Vahid İmtahan Mərkəzinin müəyyən etdiyi qaydalara uyğun olaraq, ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Onlar lazımi miqdarda keçid balı toplasalar da, seçdikləri universitetlərə qəbul ola bilməyiblər. Səbəb isə həmin universitetlərdə təhsil almaq üçün daha yüksək bal toplayanların çoxluğu və azərbaycanlı abituriyentlərin daha az universitet seçmələridir.

Aksiyaya rəhbərlik edən "Avropa Gürcüstanı" Partiyasının liderlərindən biri Əhməd İmanquliyev jurnalistlərə bildirib ki, indi əsas məqsəd nazirliyin köməyi ilə həmin abituriyentlərin digər universitetlərdəki vakant yerlərə yerləşdirilməsinə nail olmaqdır. Onun sözlərinə görə, bu gün 482 abituriyent imtahan verərək müəyyən olunmuş keçid balını toplayib. Lakin onlar təhsil almaq üçün çox məhdud sayda universitet seçiblər.

Abituriyentlər adından Gürcüstan parlamentinə və nazirliyə müraciət olunub. Hazırda bu dövlət qurumundan cavab gözlənilir.

Ə.İmanquliyev məsələnin diqqətdə saxlanılacağını və abituriyentlərin ali məktəblərə yerləşdirilməsi üçün qanun çərçivəsində bütün imkanlardan istifadə olunacağını bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18784

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17377

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18787

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18307

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23871

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18296

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18435
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 16:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru