Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
16:04
2474
Gürcüstanda ağır qəza; 11 azərbaycanlı xəsarət alıb - YENİLƏNİB

"Gürcüstanın Rustavi şəhərində yol qəzasında xəsarət alanların vəziyyətləri orta-ağırdır".

Bu barədə Rustavi Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu David Baçilava bildirib.

Onun sözlərinə görə, xəstəxanaya qəzada xəsarət alan 11 azərbaycanlı yerləşdirilib: "Onların 3-nün vəziyyəti orta ağır olsa da, həyatlarına təhlükə yoxdur. Onlar əməliyyat olunacaqlar. Digərləri isə ilkin tibbi yardım və müayinədən sonra evə buraxılacaqlar".

D.Baçilava qəzada xəsarət alan Azərbaycan vətəndaşının vəziyyətinin çox ağır olmadığını və onun da əməliyyat olunacağını bildirib.

***

Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.

Yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.(report.az)

Məqalədə : qəza gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
170

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 23:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru