Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
12:38
2017
Rusiya prezidenti İranda Ali lider Xameneyi ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin sabah İranın paytaxtı Tehranda keçiriləcək üçtərəli görüşdə Ali lider Ayətullah Xameneyi ilə təkbətək görüş keçirəcək. Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə də təkbətək görüş gözlənilir.

FaktXəbər-in məlumatına görə, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, Ayətullah Xameneyi və prezident Ruhani ilə görüşdə söhbət mövzusu Suriya, ikitərəfli əlaqələr, "Nüvə mqaviləsi"ndəki vəziyyət və ABŞ-ın razılaşmadan çıxması olacaq.

"Türkiyəyə gəldikdə isə deyə bilərəm ki, çox yüksək səviyyədə sıx əlaqələrimiz var. Həmin görüşdə də İran kimi, ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri və təbii olaraq, Suriya platformasında vəziyyət dərin müzakirə ediləcək", - Ushakov deyib.

Sammit barədə də danışan Uşakov bildirib ki, bu, Astana prosesi ilə bağlı üçüncü görüşdür. Toplantıda Suriyadakı mövcud vəziyyət, Suriya probleminin həlli yolundakı uzunmüddətli həll yolları, terrorla bağlı konkret addımlar, ölkədə humanitar vəiyyətin yüksəldilməsi müzakirə olunacaq.

Məqalədə : Putin Xameneyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
121

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
98

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1563

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
430
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 03:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru