Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
11:23
1807
Neftçilər prospektində tıxac yaradan yolda təmir başa çatdı

Bakının Neftçilər prospektində dəmir yolunun çıxarılması və yolun təmiri prosesi başa çatıb.

Bu barədə FaktXəbər-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, artıq ərazidən keçən istifadəsiz dəmir yolu xətti tam sökülüb: "Dəmir yolu xəttinin çıxarıldığı yer asfalt örtüklə döşənib, yolun nişanlanması prosesi də başa çatıb. Ərazi tam olaraq sürücülərin istifadəsinə verilib".

Xatırladaq ki, bir-neçə gün əvvəl Neftçilər prospektindən keçən istifadəsiz dəmir yolu xəttinin sökülməsinə başlanılmışdı. Yolda avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırıldığından, bu da prospektdə tıxaca səbəb olmuşdu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 09:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com