Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2018
11:17
1759
Avropanın ən qədim metro xətti yenidən qurulacaq

Budapeşt Nəqliyyat Mərkəzi dövlətə məxsus “FŐMTERV Zrt” tikinti şirkəti ilə çərçivə sazişi imzalayıb. Çərçivə sazişi Budapeştdə 5 kilometrlik M1 yeraltı dəmir yolunun yenidən qurulmasının planlaşdırılmasını nəzərdə tutur. M1 Budapeşt metropoliteninin dörd xəttindən ən qədimidir. 1896-cı ildə onun açılması ilə Budapeşt kontinental Avropada metropolitenə malik ilk şəhər olub. 1973-cü ildə M1 xətti çox az ölçüdə uzadılıb.

“Világgazdaság” işgüzar qəzetinin məlumatına görə, tarixi metropolitenin yenidən qurulmasının planlaşdırılması üçün dövlət satınalmaları haqqında müqavilənin dəyəri 2,5 milyard forint təşkil edir. “FŐMTERV” şirkəti, həmçinin təmir üçün zəruri olan bütün icazələri almalıdır.

М1 xəttinin yenidən qurulması üç mərhələdə keçiriləcək. Əvvəlcə mövcud xəttin yenidən qurulması və qərbə tərəf “Vigadó tér”-dək (Dunay yaxınlığında) genişləndirilməsi; sonra 800 metr şərqə tərəf “Kassai tér”-dək genişləndirilməsi; daha sonra şərq terminalının “Marcheggi híd” körpüsünədək genişləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, “FŐMTERV” şirkəti stansiyaların buraxılış qabiliyyətini artırmağı, “Deák Ferenc tér” stansiyasında lift quraşdırmağı, “Oktogon” və “Hősök” stansiyalarında ikinci çıxışlar yaratmağı planlaşdırır/Azertag

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 19:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com