Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
17:45
Rusiya İdlibdəki bombardmanı təsdiqlədi

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya təyyarələrinin İdlibdə bəzi yerləri bombaladığını təsdiqləyib.

FaktXəbər-in məlumatına görə, Konaşenkov jurnalistlərə açıqlamasında bildirib ki, təyyarələr dünən "Nusra Cəbhəsi"nə məxsus sexləri bombalayıb: "İki çoxfunksiyalı qırıcı bombardmanmı Su-34 təyyarəsinin həyata keçirdiyi atışlarla "Nusra Cəbhəsi"nə aid pilotsuz aparatların hazırlandığı və onlar üçün üçün bombaların saxlandığı anbarlar məhv edilib".

 Konaşenkov daha sonra Su-35 tipli qırıcıların zenit sistemlərinin olduğu anbarı vurduğunu deyib.

Həmin gün Himeymim bazasından qalxan 4 Rusiya qırıcısının bombardman həyata keçirdiyini bildirən Konaşenkov, bu əməliyyatlarda Hama ilə Hələb şəhərlərini, o cümlədən Himeymimdəki Rusiya hərbi hava bazasına hücum etmək üçün pilotsuz aparatlar göndərilən yerlərin hədəfə alındığını bildirib.

Konaşenkov bombardmanların yaşayış məntəqələrindən kənarda və intizamlı şəkildə keçirildiyini deyib.

Qeyd edək ki, dünəndən başlayaraq terrorçuları müdafiə edən ölkələrin media orqanları yenidən "Ağ dəbilqəlilər"ə istinadən məlumatlar yayırlar. Hər zaman olduğu kimi yenə də "Ağ dəbilqəlilər" mülki vətəndaşların bombalandığını bildirirlər. Dəfələrlə sözügedən qrupların yayımladığı foto və video görüntülərin saxta olduğu, öncədən səhnələşdirildiyi aşkara çıxarılsa da, nədənsə onların məlumatları hələ də özünü azad hesab edən medialar tərəfindən tirajlanır. Qeyd etmək yerinə düşərdi ki, "Ağ dəbilqəlilər" ABŞ və bəzi Avropa ölkələri tərəfindən maliyyələşdirilir. Onların işi terrorçuların əlində saxladığı bölgələrdə fəaliyyət göstərərək, terrorçuların olduğu yerlər bombalandıqdan sonra müxtəlif səhnələr hazırlamaq, guya terrorçuların bazaları deyil, xəstəxanaların, məscidlərin bombalandığı görüntülərini paylaşmaq, mülki vətəndaşlara qarşı kimyəvi silah tətbiq edildiyi xəbərlərini yaymaq, əslində sağ olan, amma yerə qanlı formada uzadılan uşaq, qoca, qadınların foto-video görüntülərini sosial mediada paylaşmaqdır. Onların kəfəndə ölü kimi təqdim etdiyi şəxslərin diqqətlə baxdıqda tərpəndikləri, ölüb, yaralanıb dedikləri uşaqların Suriyanın ayrı-ayrı şəhərlərində təkrar-təkrar ortaya çıxdığı bir neçə dəfə sübut olunub.

İdlib isə terrorçuları dəstəkləyən dövlətlərin son qalası hesab olunur. Görünür bu cür canfəşanlıq da ona görədir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 05:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com