Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
12:55
Gözləri tamamilə əvəz edəcək implantat hazırlanır

ABŞ-ın Minnesota Universitetinin alimləri ilk dəfə gözün üçölçülü strukturunun əldə edilməsinə nail olublar.

Struktur torlu qişanın işini təqlid edir və implantatla birlikdə işləyir. Belə ki, beyinə təsvir haqqında siqnalları ötürən torlu qişa hüceyrələri üçün görülən təsvir elektrik impulslarına çevrilir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası meddaily.ru saytına istinadla məlumat yayıb. Qeyd olunub ki, alimlər yarımkürə əsasla işləməyə başlayıblar. Onu üçölçülü printerdən istifadə edərək, tərkibində gümüş zərrəcikləri olan mürəkkəblərlə örtüblər. Onların üzərində yarımkeçirici polimer materiallardan yaradılmış və işığı elektrikə çevirən fotodiodlar yerləşdirilib. Bu metoddan istifadə etdikdə bütün strukturun çap prosesinə təxminən bir saat vaxt sərf olunur.

Alimlər ötürülən informasiyanın keyfiyyətini yüksəltmək üçün işıq reseptorlarının sayını artırmağı planlaşdırırlar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : implant 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 05:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com