Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2018
19:34
2256
Məhkəmə prokurorluğun protestini rədd etdi, sürücü bəraət aldı

Bakı Apellyasiya Məhkəməsində Binəqədidə piyadanın ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində Binəqədi rayon Məhkəməsinin çıxardığı bəraət hökmündən verilən protestə baxılıb.

Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti araşdırılsa da, təmin edilməyib.

Məhkəmə birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, Binəqədi rayon Məhkəməsi piyadanın ölümündə sürücünün günahı təsdiqlənmədiyi üçün ona bəraət verib. Məhkəmə istintaqı zamanı məlum olub ki, R.Mirzalıyevin vurduğu piyada xəsarətdən ölməyib.

Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb.

O, hadisədən 1 il 4 ay sonra Gürcüstanda dünyasını dəyişib.

İttihama görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində "Vaz 2107" markalı avtomobil yolu keçən piyadanı vurub. Sürücü dərhal piyadanı xəstəxanaya çatdırıb.

Faktla bağlı Binəqədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./Trend

Məqalədə : yol qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
120

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
65

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
95

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
133

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
167

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
157

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
711

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
528
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 17:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru