
Respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu davam edir.
Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.
Sentyabrın 4-dək Sumqayıt şəhəri üzrə 2364, Abşeron rayonu üzrə 1765, Gəncə şəhəri üzrə 1745, Mingəçevir üzrə 447, Yevlax üzrə 932, Şirvan üzrə 393, Samux üzrə 459, Naftalan üzrə 107 nəfər olmaqla ümumilikdə 8212 nəfər elektron ərizələrini təsdiq edib.
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 16 795 ərizənin onlayn qeydiyyatı (04.09.2018-ci il tarixinə saat 15:00-a olan məlumata əsasən) aparılıb.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar onların psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.
Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apellyasiya Komissiyalarına müraciət etmək olar.
Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.
Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ, həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.
Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 16-04-2021 09:12 Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verəcək
- 08-04-2021 12:02 Reyhan ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olub
- 08-04-2021 10:25 Məktəblər nə vaxt açıla bilər? - AÇIQLAMA
- 08-04-2021 09:57 Nazirdən məktəblərdə tədrisin dayandırılması barədə yeni açıqlama
- 07-04-2021 12:22 Nazir vaksinasiyanı başa vurmuş məktəblərin adlarını açıqladı - SİYAHI
- 05-04-2021 12:06 Bağçalar sabahdan işləyəcək
- 05-04-2021 11:13 Aprelin 15-dən Azərbaycanda 11 illik baza üzrə buraxılış imtahanları başlayır
- 05-04-2021 09:43 Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır
- 05-04-2021 08:54 Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
- 01-04-2021 16:15 Nazirlikdən bağçalarla bağlı açıqlama
- 01-04-2021 15:40 Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır - RƏSMİ
- 01-04-2021 15:20 Məktəblər bağlansın, ya yox? - Sorğunun nəticələri açıqlandı
- 31-03-2021 14:10 Qəbul imtahanına qədər 18 yaşı olan oğlanların nəzərinə!
- 31-03-2021 10:22 Bakıda daha üç məktəbdə ənənəvi dərslər bərpa olundu
- 30-03-2021 16:26 Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlandı
- 30-03-2021 11:46 Azərbaycanda diplomlarının tanınmasından imtina edilən xarici universitetlər - SİYAHI
- 30-03-2021 10:29 Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olunub
- 29-03-2021 12:12 Daha 6 məktəb koronavirusa görə bağlandı
- 29-03-2021 10:05 Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olundu
- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir