Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2018
14:07
11 mindən çox insanda bədxassəli şiş aşkarlanıb

2017-ci ildə 11 192 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 115 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 468 nəfər olub.

Ötən il ərzində 5 777 nəfər kişidə, 5 415 nəfər qadında bədxassəli şiş aşkarlanıb.

Qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, yumurtalığın, mədənin, uşaqlıq cisminin, kişilər arasında isə traxeya, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, prostat vəzinin, sidik kisəsinin, eləcə də çənbər bağırsağın bədxassəli şişlərlə xəstələnmə halları daha çox olub.

Keçən il qadınların 33,8 faizində süd vəzinin, kişilərin 20,5 faizində traxeya, bronx və ağciyərin bədxassəli şişi aşkarlanıb.(Trend)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bədxassəli şiş 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 17:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com