Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2018
10:21
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək

Cari ilin 8-9 sentyabr tarixlərində 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu aparılacaq.

Bu barədə FaktXeber.com-a Təhsil Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bu ilin sentyabrından etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Müvafiq prosesdə iştirak etmək üçün müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Bu tura həmçinin ötənilki müsabiqədə iştirak etmiş namizədlər də qatıla bilər. Onlar miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yeri seçərək ərizələrini təsdiqləməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər.

Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18173

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16807

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18177

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17751

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23235

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17686

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17805
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 23:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru