Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
14:51
Tanınmış aparıcıda qan xərçəngi aşkarlandı - Vəziyyəti kritikdir

Ölkəmizin tanınmış jurnalistlərindən olan Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb.

Bununla bağlı danışan Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub: 

"Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Baxmayaraq ki, qan köçürürük, Nigarın vəziyyəti günü-gündən pisləşir”.

Bu gün Nigarı Türkiyəyə gətirdiklərini deyən bacısı hazırda onu "Hacettepe" xəstəxanasına yerləşdiklərini deyir:

"Bütün ailə, qohumları, dostları yığışıb 30 min AZN düzəltmişik. Amma bizə dedilər ki, bu məbləğlə Nigarı xilas etmək mümkün olmayacaq. Ona yəqin ki, ilik nəql olunacaq. Bu isə yalnız Avropa dövlətlərində mümkündür. Nə bizim, nə qohum və dostlarımızın bu məbləği düzəltməsi mümkün deyil”.

"Nigar ATV-nin aparıcı simalarından olub”?- deyən Aytən İsmayılova portalımız vasitəsilə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ünvanladı:

"Nigar Heydər Əliyev Fondunda ATV-nin nümayəndəsi olub. Fondun tədbirlərini işıqlandırıb, onlarla publisistik məqalə və kitabları nəşr olunub. O istəmirdi ki, biz bu məsələni ictimailəşdirək. Çünki əxlaqlı adamdır. Deyir, qismətim bura qədər imişsə, heç kimə nəsə deməyin, mən belə şeylərdən utanıram. İndiyə qədər nə etmişəmsə, təmənnasız etmişəm. Amma biz və dostları ondan xəbərsiz bu qərarı verdik ki, Nigarın yaşaması üçün mümkün hər şeyi edək”.

Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var. Uzun müddətdir mətbuatdadır. "Space” və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub.

2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində "Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb.

Həmçinin "Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Ardınca "Nazimin Bakı izləri”, "Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub. 2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət "Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb.

2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan "Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub.

Məqalədə : Nigar İsmayılqızı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17838

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16462

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17416

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22875

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17356

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17470
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 13:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru