Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
14:13
Tehranda ABŞ-a qarşı regional koalisiya qurula bilər

Londonda yayımlanan "Ray əl-Youm" qəzeti İran, Rusiya və Türkiyə üçtərəfli sammitinin ABŞ və xidmətçilərinin region üçün cızdıqları planlar qarşısında yeni regional koalisiyanın yaradılması və Bəşər Əsədin liderliyində yeni və birləşmiş Suriyanın yol xəritəsinin müəyyən edilməsi ilə nəticələnəcəyini yazıb.

FaktXəbər-in məlumatına görə, qəzetin baş redaktoru Abdulbari Atvan, "Ərdoğandan "Nusra Cəbhəsi"nin yox edilməsinə yaşıl işıq" başlıqlı məqaləsində Türkiyənin "Nusra Cəbhəsi"ni gözlənilməz və sürpriz şəkildə terror siyahısına salmaq qərarının səbəbləri və nəticələrini şərh edib.

Məqalədə belə deyilir: "Türkiyə prezidentinin göstərişilə cümə günü "Nusra Cəbhəsi" terror təşkilatı  siyahısına salındı. İdlib şəhəri və ətrafının 60 faizdən çoxunu işğal altında saxlayan bir qrup haqqında Türkiyənin verdiyi qərar, bu təşkilatın yox edilməsinin qəbul edilməsi və onunla olan gizli və ya açıq hər cür əlaqənin kəsilməsi anlamına gəlir.

Türkiyə rəsmiləri "Nusra Cəbhəsi"ni terror təşkilatı elan etməklə Ankaranın bu təşkilatı dəstəklədiyinə dair bütün ittihamları özündən uzaqlaşdıraraq, Rusiya və Suriya koalisiyanın İdlibin azadlığı üçün çox yaxında  başladılacaq hücuma yaşıl işıq yandırıb.

Rusiya ABŞ ilə münaqişəni belə gözə alaraq İdlibə hücum üçün siyasi və hərbi gücünü hərəkətə keçirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdğan da bunu çox yaxşı başa düşür və buna görə də hücuma mane olmamaqla Rusiyanın yanında yer almaq qərarı verib. Ərdoğan həm də bununla NATO-dakı müttəfiqi və tərəfdaşı ABŞ-a öz qərarını qətiləşdirdiyi mesajını güclü şəkildə göndərib.

Ərdoğan və Putin arasında bazarlıq

2 il əvvəl Rusiya və Suriyanın Hələbə hücumunu qəbul edərək orada əlaqədə olduğu terror təşkilatlarına arxasını çevirən Ərdoğanın Suriyada terrorla mübarizədə ən vacib və son döyüşə yaxınlaşarkən eyni şeyi edəcəyi əvvəlcədən müəyyən idi. Çünki ən az mükafat olaraq İdlibin yenidən inşasında ən çox pay almaq istəyir. Ərdoğan siyasi və iqtisadi olaraq Rusiya prezidenti Vladimir Putinlə münasibətlərini kəsmədi və İdlib məsələsində əks mövqe tutmadı. Putin isə Ərdoğan olmadan bu hücumun uğurla nəticələnməyəcəyini qeyd etdi.

Buna görə də Rusiya ilə Türkiyə arasında bu istiqamətdə müqavilə olacağı və yaxın zamanlarda bunun təfərrüatlarının ortaya çıxacağı bilirilir. Ərdoğanın ABŞ ilə əlaqəsinin pisləşdiyi və Trampın Türkiyə iqtisadiyyatını çökdürmək üçün güclü iqtisadi müharibə başlatdığı bir zamanda bunun mümkün olduğunu vurğulanır.

ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəyə başlamasının ən əhəmiyyətli səbəblərindən biri də Ərdoğanın Rusiyanın tərəfini tutması, ikitərəfli ticarəti 100 milyard dollara qaldırmaq üçün Ankara və Moskvanın müqavilə imzalaması, Rusiya qaz kəmərinin genişləndirilməsi və S-400 raketlərinin qəbulu, ABŞ-ın iqtisadi sanksiyalarına qarşı İranın açıq şəkildə dəstəkləməsidir. Ərdoğanın bir neçə gün öncə ölkəsinin Suriyada terrorla mübarizə və bu ölkədə yenidən sabitliyin təmin olunması üçün qərarlı olduğunu açıqlayaraq "Nusra Cəbhəsi" ilə əlaqəsini rəsmən kəsdiyi söyləməsi də baş verənlərə müdaxilə etməyəcəyini ortaya qoydu.

Tehran Sammitində regional koalisiya qurulacaq

Böyük ehtimalla 7 sentyabrda Tehranda keçiriləcək üçtərəfli Rusiya-İran-Türkiyə sammitində "birləşmiş və yeni Suriya"nın yol xəritəsi çəkiləcək, sülh prosesinin başlaması və Bəşər Əsədin hakimiyyətdə qalması məsələləri müzakirə ediləcək.

Bu sammitdə həmçinin yeni və qeyri-məzhəbçi Yaxın Şərq koalisyasının yol xəritəsi çəkiləcək. Trampın oktyabr konfransında Vaşinqtonda rəsmən strukturunu elan edəcəyi və İordaniya, Mərakeş və ehtimalla Misirin də daxil olacağı, İsrialin isə gizli şəkildə ortağı olduğu Fars körfəzinin 6 ərəb ölkəsindən ibarət "Sünni liberallar" adlanan blokun qarşısında bu koalisiya iştirak edəcək.

Terroru dəstəkləyən media İdlib hərəkatı üçün səssiz qalıb

Suriya ordu qüvvələrinin Hələb və Şərq Qutaya əvvəllər həyata keçirdiyi hücumlarının əksinə olaraq, bu dəfə sələfi və ixvançı cərəyanlar tərəfindən İdlib müharibəsinə qarşı siyasi və media hücumları nəzərə çarpmır. "Suriya müharibələrinin anası" adlandırılan bu müharibənin baş verməsi halında qurbanlarının sayının çox olacağını bildirilir.

Xüsusi ilə "Əl-Cəzirə" televiziya kanalı da İdlib müharibəsi qarşısında səssizliyini qoruyur. Sosial şəbəkələrdə də vəziyyət eynidir və müharibəyə qarşı olduqca qeyri-adi münasibət var.

ABŞ xarici işlər naziri Mayk Pompeonun Rusiyalı həmkarı ilə keçirdiyi görüşdə Lavrovun İdlib hərəkatını inamlı şəkildə müdafiə etməsi bu hücumun qəti olduğunu göstərir. Yaxın günlərdə İdlibdə vətəndaşların evakuasiyası üçün dəhlizlərinin açılacağı, Rusiya və Suriyanın bu şəhərə qarşı hava hücumları üçün zəmin yardılacağı vurğulanır."

Son olaraq məqalədə bildirilir ki, hücum öncəsi sürpriz hadisə də baş verə bilər. "Bu, "Nusra Cəbhəsi" daxilində münaqişədir. Öz vəziyyətlərinin müəyyən edilməsi və Suriya rəhbərliyi ilə razılaşmaq istəyən suriyalı silahlılar son anlarda xarici silahlıardan ayrıla bilərlər."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 05:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com