Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
12:26
1885
Myanmardakı `Röyters` müxbirlərinə yeddi illik həbs

Myanmarda arakanlı müsəlmanlara qarşı mühakiməsiz edamlarla bağlı hərbi sənədləri ifşa etdikləri üçün keçən il dekabr ayında həbs olunan "Röyters" agentliyinin iki müxbiri yeddi illik həbsə məhkum edilib.

FaktXəbər-in məlumatına görə, məhkəmə təxminən bir ildir həbsdə olan Va Lone və Kyav Soe Oonu dövlət sirlərini yaymaqda ittiham edib.

"Röyrers"in rəhbəri Stefan J.Adler, "bu gün Myanmar "Röyters" müxbirləri Va Lone və Kyav Soe Oo və bütün dünya mətbuatı üçün kədərli gündür. İşini yaxşı görə iki müxbirə təzyiq göstərilib və səhv etdiklərinə dair hər hansı bir sübut olmadan 9 ay həbsxanada keçiriblər. Jurnalistlərin azadlıqlarını məhdudlaşdırmağa hələ də davam edirlər", - deyə bildirib.

Müxbirlər 13 dekabrda əllərində Arakan vilayətindəki bir ərazisinin xəritəsi və hərbi hesabatlarla tutulublar.

Myanmarda parlament binası yaxınlığında dronla çəkiliş etdikləri iddiası ilə 27 oktyabr 2018-ci ildə həbs olunan jurnalistlər Lau Hon Menq və Mok Coy Lin ilə Myanmar vətəndaşı olan sürücü və yerli jurnalist Aunq Nainq Soe də lisenziyasız dron almaqdan mühakimə olunmuşdular. TRT üçün işləyən bu 4 nəfər 10 noyabrda iki ay həbsə məhkum edilmişdi.

Myanmar rəhbərliyinin xüsusilə ordu ilə bağlı məsələlərdə azad mətbuata təzyiqi artırdığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, 700 mindən çox arakanlı müsəlman, 25 avqust 2017-ci ildən bu yana Myanmarda zülm və qırğınlardan qaçıb Banqladeşə sığınıb. Kəndləri tamamilə yandırılan arakanlı müsəlmanlardan minlərlə uşağın qətlə yetirildiyi bildirilir.

Myanmar ordusunun etnik təmizləməyə çevirdiyi hücumlarda 300-ə yaxın kənd, ordu və fanatik buddistlər tərəfindən məhv edilib. 700 mindən çox arakanlı müsəlman dağlıq rayonlar, çay və ya dəniz vasitəsi ilə Banqladeşə qaçıb, on minlərlə də qaçmağın yolunu axtarır. Arakanda 1970-ci illərdə təxminən 2 milyon müsəlmanın yaşayırdı. Sistematik hücumlardan qaçdıqları üçün bu say 350 mindən aşağı düşüb.

Məqalədə : Myanmar Arakan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
87

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
74

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
632
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 15:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru