Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
12:20
Gömrükdə tapançalar və mobil telefonlar aşkar ediblər

Daxil olan əməliyyat məlumatı əsasında, Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz 280” markalı nəqliyyat vasitəsi “Sınıq Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə FaktXəbər-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı isə nəqliyyat vasitəsinin yük yerində olan ərzaq məhsullarının arxasında gizlədilən 13 ədəd, kalibri 4,5 mm və üzərində “Super air pistol” yazısı olan pnevmatik tapança, kalibri 4, 5 mm olan üzərində “Ekol” yazılmış 1 ədəd pnevmatik tapança, 4 ədəd pnevmatik silah üçün lülə, ərzaq məhsullarının arasından 1 ədəd “Samsung Galaxy A6”, 1 ədəd “Samsung Galaxy J6”, 3 ədəd “Samsung Galaxy J3”, 7 ədəd “Samsung Galaxy J1”, 1 ədəd “Xiomi A1”, üzərinə “B 8000” yazılmış 7 ədəd, “Corn” yazılmış 3 ədəd, “H-mobile” yazılmış 5 ədəd, “Etec” yazılmış 5 ədəd, “Kctel” yazılmış 15 ədəd, “ Boom” yazılmış 10 ədəd, “ZHT” yazılmış 5 ədəd, “Y-Fine” yazılmış 5 ədəd, “Fuha” yazılmış 5 ədəd mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə : Gömrük 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5056

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4123

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5741

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5779

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7358

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5521
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-07-2020 01:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru