Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2018
09:59
Mxitaryan Bakıda `Qarabağ`a qarşı oyuna çıxa biləcəkmi?

“Arsenal” Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu üçün Bakıya gəlib-gəlməyəcəyi müzakirə olunan erməni futbolçu Henrix Mxitaryanla bağlı bəyanat yayıb. London klubu öz bəyanatında oyunçularının təhlükəsizliyinin onlar üçün əsas prioritet olduğunu vurğulayıb:

“Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas məsələdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik”.

Qeyd edək ki, Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən 29 yaşlı yarımmüdafiəçinin “Qarabağ”la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.

Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə mübarizə aparacaq. Ağdam klubunun ingilislərlə Bakıdakı oyunu oktyabrın 4-də keçiriləcək. Londondakı matç isə dekabrın 14-də oynanılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Arsenal 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com