Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2018
13:20
3010
Mənsimovun gəmisi Kerç körfəzində aylardır atılmış qalıb, baş mexanik ağır xəstədir

Azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus gəmi Kerç körfəzi ilə üzbəüz 12 millik zonada aylardır atılmış vəziyyətdə qalıb. Gəminin rusiyalı heyət üzvləri aylardır əmək haqqı almır və şirkətin onlara 200 min dollardan çox borcu var.

Bu haqda “Kommersant” qəzetinə Rusiya dənizçilər İttifaqının Azov-Don regional təşkilatının rəhbəri Leonid Qluşak məlumat verib. Qluşakov deyib ki, gəmi sahibi gəmini faktiki olaraq atıb, heyət üzvləri aylardır açıq dənizdə gəmidə qalıb və ağır şəraitlə üzləşiblər.

“Baş mexanik ağır xəstədir, o yataqdan qalxa bilmir”-Qluşak deyib. Onun sözlərinə görə, kapitan gəmi sahibinin icazəsi olmadan gəmini Rusiya limanlarından birinə yönəldə bilməz. “Bu, gəminin qaçırılması kimi qiymətləndirilə bilər”-Qluşak bildirib.

Dənizçilər ittifaqının nümayəndəsi deyib ki, hazırda heyət göyərtədə yaranmış fövqəladə vəziyyətlə bağlı gəminin Rusiya limanlarından birinə yan alması üçün bu ölkənin hakimiyyətindən icazə istəmək imkanlarını araşdırır.

Xatırladaq ki, “Palmali”nin gəmilərinin taleyin ümidinə buraxıldığı və heyət üzvlərinin aylardır maaş almadığı, aclıq aksiyaları keçirdiyi barədə bundan əvvəl də xəbərlər yayılırdı. Rusiyada “Palmali Holding”in törəmə şirkəti olan “Palmali” MMC-yə qarşı müflisləşmə proseduru başladılıb. Mənsimovun donanması neçə vaxtdır ki, borc içində batır./Virtualaz

Məqalədə : Mübariz Mənsimov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
53

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
334

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
153

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
138

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
56
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 06:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru