Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
17:19
Rusiya tarixində ilk dəfə Aralıq dənizində təlim keçirəcək

Rusiya donanması ilə hava qüvvələri hərbi təlimə hazırlaşır.

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, Rusiya Donanması baş komandanı Vladimir Korolyov 1-8 sentyabr tarixlərində Rusiyanın Aralıq dənizdə keçirəcəyi hərbi təlimlə bağlı bəyanatlar verib.

Korolyov, "Rusiyanın müasir tarixində hərbi dəniz donanması və Hava-Kosmik Qüvvələri Aralıq dənizdə ilk dəfə təlim keçirəcək", - deyə bildirib. 

Təlimdə 2 sualtı qayıq ilə 26 gəmi, 34 təyyarə və vertolyotun iştirak edəcəyini deyən Korolyov, Şimal donanmasından "Marşal Ustinov" raket kreyserinin admiral gəmisi kimi çıxış edəcəyini açıqlayıb.

Təlimə qatılacaq döyüş gəmilərinin Şimal, Baltik, Qara Dəniz və Xəzər dənizindən Aralıq dənizinə gələcəyini bildirən Korolyov, Tu-142 bombardman təyyarəsi ilə yanaşı Tu-142 və İl-38 kəşfiyyat təyyarələrinin, həmiçinin Su-33 və Su-30 qırıcı döyüş təyyarələrinin təlimdə iştirak edəcəyini vurğulayıb.

Beynəlxalq hüquq qaydalarına riayət etmək və səfər təhlükəsizliyi yaratmaq məqsədilə təlim ərazilərini dəniz gəzintiləri və təyyarə uçuşları üçün müvəqqəti olaraq təhlükəli elan edən Korolyov, "təlimin sonunda bütün hərbi qüvvələr əsas bazalarına qayıdacaq", - deyə əlavə edib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda yer alan xəritəyə görə, təlim Aralıq dənizdə Suriya, Misir, Liviya, Kipr və Türkiyə sahillərinə yaxın olan 11 regionu əhatə edir.

Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov Rusiya donanmasının Aralıq dənizdə keçirəcəyi təlimin Suriyanın İdlib vilayətindəki vəziyyətlə əlaqəli olmadığını söyləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 14:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com