Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
15:56
Dövlət Agentliyinin adından dələduzluq edənlər azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Ülviyyə Abdalova və Leyla İsmayılovaya hökm oxunub. 

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ü.Abdalova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun 2017-ci il 21 iyul tarixində anadan olan qızının 14 yaşı tamam olana kimi hökmün icrası təxirə salınıb. Ü. Abdalova məhkəmə zalından azadlığa buraxılıb. Ü. Abdalova əvvəl də məhkum olunaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və şərti cəza alaraq azadlığa çıxıbmış. Həmin hökmdən qalan cəzası də ödənilməyib.

Digər şəxslərə isə şərti cəza verilib və istintaq zamanı həbs edilmədikləri üçün sərbəst qalıblar.  

Ü. Abdalova bu cinayət işində də məhkəmə gedişatında azadlıqda qalıb, sonuncu iclaslara gəlmədiyi üçün axtarışa verilərək həbs edilib. 

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.(Qafqazinfo)

Məqalədə : məhkəmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
175

Rusiyada lak-boya zavodu yanır - FOTO

11

Dekabr
12:59
DÜNYA
210

Sabah Azərbaycanda hava yağmursuz olacaq

11

Dekabr
12:31
ÖLKƏ
211

Vilayət Eyvazov mayora yeni vəzifə verdi

11

Dekabr
12:10
HÜQUQ,HADİSƏ
766

Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaydı

11

Dekabr
11:16
HÜQUQ,HADİSƏ
286
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 15:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru